Mətbəxdə ən çirkli yerin zibil qabı olduğu düşünülsə də, mütəxəssislər fərqli nəticələr açıqlayıblar.
Foodinfo.az bildirir ki, qab yumaq üçün istifadə olunan süngərlər bakteriyaların ən çox toplandığı əşyalar sırasında yer alır.
Mütəxəssislərin fikrincə, nəm mühit mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır.
Gün ərzində qida qalıqları ilə təmasda olan süngərlər müntəzəm dəyişdirilmədikdə bakteriya mənbəyinə çevrilə bilər. Buna görə onların tez-tez dezinfeksiya edilməsi vacib sayılır.
Ekspertlər süngərlərin həftədə bir neçə dəfə yenilənməsini və ya yüksək temperaturda təmizlənməsini tövsiyə edirlər. Sadə gigiyena qaydalarına əməl etmək qida ilə əlaqəli sağlamlıq risklərini azaltmağa kömək edir. Mətbəx təmizliyi yalnız görünən çirklə deyil, görünməyən təhlükələrlə də mübarizə deməkdir.






