Bitki mənşəli qidalanmanın yayılması ilə birlikdə noxud suyuna maraq da artıb. Bir çox aşpazlar onu yumurta əvəzedicisi kimi istifadə edirlər.

Foodinfo.az The Spruce Eats saytına istinadla xəbər verir ki, aquafaba adlanan noxud suyu köpük yaratmaq qabiliyyətinə malikdir və müxtəlif desertlərin hazırlanmasında istifadə olunur.

Amerikalı kulinariya müəllifi J. Kenji López-Alt qeyd edir ki, bu məhsul xüsusilə vegan mətbəxində böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, düzgün istifadə edildikdə yumurta ağının funksiyasını qismən əvəz edə bilir.

Mütəxəssislər aquafabanın qida tullantılarının azalmasına da töhfə verdiyini vurğulayırlar.