Bir çox insan dondurulmuş meyvələrin qida dəyərinin aşağı olduğunu düşünür. Lakin son araşdırmalar bu fikrin hər zaman doğru olmadığını göstərir.

Foodinfo.az BBC Good Food saytına istinadla xəbər verir ki, giləmeyvələr toplandıqdan qısa müddət sonra dondurulduqda onların vitamin və antioksidant tərkibinin böyük hissəsi qorunub saxlanılır.

Britaniyalı qidalanma mütəxəssisi Nichola Ludlam-Raine bildirir ki, bəzi hallarda dondurulmuş məhsullar market rəfində günlərlə qalan təzə meyvələrdən daha çox qida maddəsi saxlaya bilir. Onun sözlərinə görə, əsas məsələ məhsulun düzgün saxlanılmasıdır.

Mütəxəssislər dondurulmuş giləmeyvələrin smuzi, desert və səhər yeməklərində rahat istifadə oluna biləcəyini qeyd edirlər.