Yay mövsümünün ən sevilən meyvələrindən olan qarpız düzgün saxlanmadıqda keyfiyyətini sürətlə itirə bilər.

Foodinfo.az WebMD saytına istinadla xəbər verir ki, kəsilmiş qarpız soyuducuda saxlanmalı və qısa müddətdə istehlak edilməlidir. Açıq vəziyyətdə saxlanılan məhsul bakterial çirklənmə riski daşıyır.

Qida təhlükəsizliyi üzrə amerikalı ekspert Donald Schaffner bildirir ki, qarpız kəsildikdən sonra hava ilə təmas səthi artır və mikroorqanizmlərin inkişafı üçün şərait yaranır.

Mütəxəssislər meyvənin qapalı qabda saxlanmasını tövsiyə edirlər.