Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.
Foodinfo.az xəbər verir ki, Müdafiə Nazirliyi 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncənin ballistik raket hücumuna məruz qalması barədə açıqlama yayıb.
Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiqinə başlansa da, düşmən dinc sakinləri atəşə tutub və hədəf olaraq Gəncə seçilib.
Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir