Milli Hidrometeorologiya Xidməti fevralın 21-də gözlənilən hava şəraitini açıqlayıb.
Foodinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı