İmmunitet sistemi hər cür bakteriya, virus kimi xəstəlik törədən faktorlara qarşı orqanizmi qoruyan sistemdir. 

Bu barədə Foodinfo.az “Milliyet”ə istinadən xəbər verir. 

Orqanizmə qarşı xaricdən gələn təhdidlər ilk olaraq bu sistemlə üzləşir. İlk mərhələni keçən təhdidlər sonradan orqanizmi xəstələndirə bilir. 

Türkiyəli həkim Pınar Balcı immunitet sistemimizi gücləndirməyin yollarından bəhs edib. 

Həkim qeyd edir ki, bu mənada qlutation, selenium, B2 və B6 vitaminləri ön plana çıxır. 

Qlutation orqanizmin master antioksidantı kimi tanınır. Hüceyrələri zərərli toksinlərdən qoruyur.Selenium da eyni funksiyanı icra edir. B2 və B6 vitaminlərinin çatışmazlığı immunitetin zəif olmasından xəbər verir.