Son illərdə idman qidaları və bioloji aktiv qida məhsullarına maraq xeyli artıb. Bunun əsas səbəbi insanların sağlam həyat tərzinə daha çox önəm verməsi, idmana marağın yüksəlməsi və sosial mediada bu mövzuda məlumatların geniş yayılmasıdır.

Foodinfo.az-ın xəbərinə görə, AQTİ-nin eksperti, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilov bildirir ki, bu məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün risk yarada bilər. 

"Ən çox rast gəlinən səhvlərdən biri onların hər kəs üçün uyğun və tam zərərsiz hesab olunmasıdır. Halbuki, hər bir insanın yaşı, sağlamlıq vəziyyəti və qəbul etdiyi dərmanlar fərqli olduğuna görə bu məhsullar fərdi yanaşma tələb edir. İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən onun rəsmi qeydiyyatda olub-olmamasına, tərkibinə, istifadə qaydasına və son istifadə tarixinə diqqət etsinlər. Qeyri-rəsmi satış yerlərindən alınan məhsullar isə riskli ola bilər. Eyni zamanda, “təbii” və ya “zərərsiz” kimi ifadələr hər zaman təhlükəsiz demək deyil".

Diyetoloq çağrış edərək qeyd edib ki, bu cür əlavələri istifadə etməzdən əvvəl həkim və ya mütəxəssis məsləhəti almaq vacibdir.

Daha ətraflı videomaterialda izləyə bilərsiniz.