Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.
Foodinfo.az musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.
Bu məqamda qeyd edək ki, bu, R. Orucovla bağlı mətbuata çıxmış ilk hadisə deyil. Belə ki, o, 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu