Müharibənin davam etdiyi Ukraynada növbəti dəfə ərzaq bahalaşıb. 

Bu barədə Foodinfo.az Ukrayna KİV-ə istinadən xəbər verir. 

Qeyd olunur ki, qiymətlər fevral ayı ilə müqayisədə 31,5 faiz artıb. Məsələn, yumurta ötən ayla müqayisədə 80,3 faiz, meyvələr 74,9 faiz, balıq və balıq məhsulları 44,1 faiz, tərəvəzlər 36,2 faiz, şəkər 32,5 faiz bahalaşıb.

Fərid