2021-ci il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən, Dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim olunub. Foodinfo.az xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib. Bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Q. Təhməzli əməkdaşlara bu çətin və məsuliyyətli işdə səmərəli fəaliyyət göstərdiklərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.