İllər boyu sübut olunmuş sadə və təsirli resept ağrıları aradan qaldırır və oynaqları bərpa edir.

Foodinfo.az Sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:

Hazırlanması asandır:

300-400 qram sarımsağın qabığını soyun, ətçəkən maşından keçirin və litrlik bankaya qoyun.

Üzərini yaxşı təmizlənməmiş bitki yağı ilə doldurun.

Hər gün qarışdıraraq qaranlıq yerdə 2 həftə saxlayın.

Sarımsaq yağı alın.

Onu 3-4 qat cuna ilə süzün.

Möcüzəvi məlhəm hazırdır.

Belə istifadə olunur: Ağrıyan yerə sürtün (məsələn, osteoxondroz üçün bel və ya artroz üçün oynaqlar). Gecədə plastik torba və isti bir şərf ilə örtün. Kurs 2 aydır.

İlk günlərdən rahatlıq, hərəkətliliyin bərpası və ağrıların azaldığını hiss edəcəksiniz.

Sarımsaq ağrıyan oynaq nahiyəsində qan dövranını yaxşılaşdırır və bununla da onun funksiyalarının bərpasına kömək edir.