Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib.
Foodinfo.az-ın məlumatına görə, qonaqlar İnstitutun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eyni zamanda maddi-texniki bazası barədə ətraflı məlumat verilib.
Səmimi görüşə görə təşəkkür edən səfir Azərbaycan və Özbəkistan arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
[gallery ids="36818,36819,36820"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı