Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir.
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
B.Həsrətovun sözlərinə görə, bu il azad olunmuş ərazilərdə arıçılar yüksək məhsul götürüb:
"Qarabağ bölgəsində arıçılıq qədimdən inkişaf etmiş sahələrdən biri olub. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə arıçılıq yenidən inkişaf edir. Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4000-dən çox arı ailəsi köçürülüb. Bu il həmin yerlərdə məhsuldarlıq çox olub. Belə ki, hər arı yeşiyindən 50 kiloqrama yaxın bal götürülüb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir