Moskvada qarpızdan kütləvi zəhərlənmə baş verib.
Foodinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bir ailə və üç qonşu xəstəxanaya yerləşdirilib.
Həkimlərin qurbanlara bakterial bağırsaq infeksiyası diaqnozu qoyduqları, şiddətli qusmaları olduğu qeyd edilir.
Bir müddət əvvəl mediada iki nəfərin ölümcül zəhərlənməsi ilə bağlı xəbərlər çıxdıqdan sonra Magnit supermarketindən bütün qarpız və qovunlar çıxarılıb.