Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs İş yerlərinin attestasiyası xidmətlərinin satın alınması üçün kotirovka sorğusu elan edir.
Foodinfo.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
• Nizamnamənin surəti.
• Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti.
• Kommersiya hüquqi şəxsin rekvizitləri.
• Analoji xidmətlərin göstərilməsi sahəsində fəaliyyəti barədə məlumat.
QEYD-satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.
Kotirovka sorğusunda iştirak üçün sənədlər qapalı zərfdə, imzalanıb möhürlənmiş şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 73C nömrəli ünvana 17 may 2021-ci il saat 15.00-dək təqdim olunmalıdır.
Maraqlanan təşkilatlar (012) 3770020 (daxili 504) nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Son xəbərlər
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu