Abşeron rayonunda toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilib.
Həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan restoranın icarədarı 5 min manat məbləğində cərimə edilib.
Eləcə də, toyda iştirak edən 65 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı