Şəkidə çörək sexinin sahibini cərəyan vuraraq öldürüb. Foodinfo.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Cəyirli kəndində baş verib. 1977-ci il təvəllüdlü kənd sakini Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.