Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də dəyişiklik edib.
Foodinfo.az-ın məlumatına görə, qüvvədə olan Əsasnaməyə əsasən, məktəbəqədər xüsusi təhsil müəssisələrində uşaqların ərzaq məhsulları ilə təminatmı və iaşə xidmətini yerli icra hakimiyyəti orqanları təmin edir yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirir.
Dəyişikliyə əsasən, yeməyin minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqan dəyişib. Səhiyyə orqanlarının bu sahədə səlahiyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) həvalə edilib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir