Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Mərkəzi İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə olunub.
Qardaş ölkədən gələn nümayəndə heyətinin ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə tanışlığı, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə bağlı məsələlər müzakirə olunub.
[gallery ids="36451,36452,36453"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı