Türkiyədə 5 ulduzlu hoteldə kütləvi zəhərlənmə olub. Foodinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Boluda yerləşən “Koru Hotel”də qeydə alınıb. Belə ki, burada qidalanan 60 şagird zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib. Qidalardan götürülən nümunələr laboratoriyaya göndərilib. Faktla bağlı araşdırma başlanıb.