Uşaqların soyuq havalarda yetkin insanlarla müqayisədə nəyə görə daha az üşüdüyü bəlli olub. 

Bu barədə Foodinfo.az “Hürriyet”ə istinadən xəbər verir. 

Türkiyəli həkim Tevfik Rıfkı Evrenkayanın sözlərinə görə, məməlilərin orqanizmində iki növ yağ var və onlardan biri də qəhvəyi rəngli yağdır. 

“Yeni doğulan insanlar və qış yuxusuna yatan məməlilər yüksək həcmdə qəhvəyi yağa malikdirlər. Bu yağın əsas funksiyası qəbul edilən maddələri bədən temperaturuna çevirməkdir. Ağ yağ hüceyrələrində tək bir lipid damlası olduğu halda, qəhvəyi rəngli hüceyrələrdə çox sayda lipid damcıları mövcuddur”, - deyə həkim bildirib.

Şəbnəm