Xroniki xəstəliklər orqanizmin hansısa bir hissəsində var olan, uzun müddət davam edən və müalicə imkanları məhdud olan xəstəliklərdir.

Aztibb.az-ın xəbərinə görə, xəstəlik prosesinin uzun müddət davam etməsi səbəbindən ağrı, halsızlıq və əhval pozğunluğu kimi əlavə simptomlar insanın gündəlik həyatının bir hissəsinə çevrilir.

Xroniki xəstəliklər xarici amillərdən qaynaqlandığı üçün sağlam həyat tərzi profilaktik tədbir kimi göstərilə bilər. Risk yaradan amillərdən uzaq olmaq xroniki xəstəliklərin inkişafının qarşısını almağa müsbət təsir göstərir.