Yeməkdən əvvəl və ya sonra su içməyin daha faydalı olub-olmaması uzun müddətdir müzakirə olunan mövzulardan biridir. Su qəbulu ümumi sağlamlıq üçün vacib olsa da, onun nə vaxt içilməsi də müəyyən dərəcədə əhəmiyyət daşıyır.
Foodinfo.az xəbər verir ki, yeməkdən təxminən 20–30 dəqiqə əvvəl su içmək mədəni yeməyə hazırlayır və iştahanın tənzimlənməsinə kömək edir. Bu xüsusilə çəkiyə nəzarət etmək istəyənlər üçün faydalı hesab olunur, çünki daha tez toxluq hissi yaradır.
Yemək zamanı az miqdarda su içmək zərərli deyil. Əksinə, bu, qidaların daha rahat udulmasına kömək edir. Lakin həddindən artıq su qəbulu mədə şirəsini durdura bilər və həzm prosesini bir qədər ləngidə bilər.
Yeməkdən dərhal sonra çox su içmək isə tövsiyə olunmur. Yməkdən sonra təxminən 20–30 dəqiqə gözlədikdən sonra su içmək daha məqsədəuyğundur və həzm sisteminə mənfi təsir göstərmir.
Suyun nə vaxt içilməsindən daha önəmlisi gün ərzində kifayət qədər maye qəbul etməkdir. Düzgün su balansı həm həzm sisteminin fəaliyyətini, həm də ümumi sağlamlığı dəstəkləyir.






