Yeməkdən sonra yüngül gəzinti həzm sistemini aktivləşdirir və bir çox sağlamlıq faydası təmin edir.  

Foodinfo.az yeməkdən sonra gəzintinin faydalarını təqdim edir:

1. Mədənin qidanı daha tez həzm etməsinə və şişkinliyin azalmasına kömək edir.  

2. Qan şəkərini tənzimləyir, xüsusilə şəkərli diabet riski olanlar üçün çox faydalıdır.  

3. Maddələr mübadiləsini sürətləndirir. Kalori yandırmağa və artıq çəkinin qarşısını almağa kömək edir.  

4. Qan dövranını yaxşılaşdıraraq ürək-damar sisteminə müsbət təsir göstərir.  

5. Ağır yeməkdən sonra gəzinti bədəni rahatladır və yuxu keyfiyyətini artırır.    

Ağır yeməkdən sonra 10-15 dəqiqəlik yüngül tempdə gəzmək yetərlidir. Çox sürətli və ya ağır hərəkətlər etməmək məsləhətdir, çünki bu, mədəyə təzyiq göstərə bilər.