Düzgün pəhriz kişi orqanizmində optimal testosteron səviyyəsini artırır. Bu hormon həm cinsi əlaqə zamanı, həm də idman zamanı mühüm rol oynayır. Xüsusilə, cinsi istək, həmçinin əzələ və sümük kütləsinin qurulmasının intensivliyi onun konsentrasiyasından asılıdır. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Sofiya Kovanova bildirib.

Bundan əlavə, mütəxəssis kişilərə testosteron səviyyəsini artırmağa kömək edəcək məhsulları sadalayıb. Beləliklə, ilk növbədə ədviyyatlara diqqət yetirməlisiniz: hil, qırmızı bibər, sarımsaq, soğan və sarıkök bu sırada ilkdir.

Orqanizmdə hormonun konsentrasiyasını artırmaq üçün qoz və fındıq, balqabaq tumu, bitki yağları və bal da çox faydalıdır.