Dekabr ayının 7-dən 10-a qədər "Azpromo" və Azərbaycanın Dubaydakı ticarət nümayəndəliyi tərəfindən Dubaya İxrac Missiyası təşkil olunub. Foodinfo xəbər verir ki, missiyada Dubayda olan bır sıra məhşur idxal firmaları ilə görüşlər keçirilib. Dünyada tanınmış "Global Village" sərgisində bu ildən etibarən Azərbaycan şirkətlərindən ibarət stend qurulub və sərginin iştirakçıları "Vita1000" şirələrinin stendi ilə də tanış olub. İlkin satış üçün göndərilən şirələr qısa müddətdə satılıb. Həmçinin Abu Dhabi Kob hipermarket şirkəti ilədə görüşlər təşkil olunub. Bu ildən etibarən Dubayda dövlət tərəfindən şəkər tərkibli şirələrin idxalının vergisi qaldırıldığından, artıq şirkətlər tərəfindən idxal ediləcək məhsulların sırasında şəkər tərkibli şirələrin idxalı azalıb. Bu da ölkəmizin orqanik şirə istehsalı ilə məşğul olan şirkətləri üçün əlverişli fürsətə çevrilir. Əsasən də nar şirələrinin istehsalı ilə məşğul olan şirkətlər bu fürsətdən maksimum dərəcədə yararlana bilərlər. Həmçinin Dubay Ticarət və Sənaye palatasında bir sıra şirkətlər ilə də görüşlər olub. Bu görüşdə əsasən Union Kob, Westsoy, Lulu hipermarket şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib. O cümlədən "Diplomat businnes club"da Azərbaycan şirkətləri sertifikat ilə təltif olunub. Bu şirkətlər arasında "Azgranata" da yer alıb. Həmçinin Azərbaycan Dövlət ticarət evinədə baş çəkilib.