Dünyanın üzən ilk südçülük ferması fəaliyyətə başlayıb. Hollandiyanın ikinci böyük şəhəri Rotterdamda dünyanın ilk üzən südçülük ferması açılıb. Hazırda fermada 32 baş inək mövcuddur. Burada sağım prosesi həm avtomatlaşdırılmış, həm də robotlaşdırılmış üsulla aparılır. Süd istehsalı ilə bərabər fermada çoxsaylı günəş batareyaları vasitəsilə elektrik enerjisi istehsal olunur. Bu qeyri-adi təsərrüfatın məqsədi ənənəvi qida məhsullarının suda istehsalının mümkünlüyünü araşdırmaqdır