Bu dəfə sizi sosial şəbəkədə "EV YEMEKLERİ" adı ilə məşhur olan səhifəyə istinadla heyva turşusunun resepti ilə tanış edəcəyik.
Tərkibi: 1 kiloqram heyva, quru şüyüd çubuğu, sarımsaq, sirkə, duz Hazırlanma qaydası: Heyvaları yuyuruq, dilimlərə ayırıb, içini təmizləyirik. Sonra strelizə olunmuş butulkaya sarımsaq, şüyüd çubuğu və dilimlənmiş heyva atırıq. Hər butulkaya 1 çay qaşığı yarım duz əlavə edirik. Suyu qaynadıb butulkaları doldururuq. Sonra qazana isti su töküb butulkaları yerləşdirik. Turşunu 15 dəqiqə qaynadıb içərisinə 1 çay qaşığı sirkə əlavə edirik. Sonra qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq. Nuş olsun!