Sözün əsl mənasında boşqab içində sağlamlıq. Foodinfo.az  oxuculara  “Lürmə” salatını təqdim edir: Tərkib: 1 ədəd iri badımcan 1 diş sarımsaq 20 qr süzmə ½ dəstə şüyüd ¼ dəstə nanə Duz, istiot Hazırlanması: Badımcan közdə bişirilir. Qabığı təmizlənib xırda doğranır. Üzərinə xırda doğranmış sarımsaq, göyərti əlavə edilir. Salata süzmə əlavə olunur, duz, istiot səpilib qarışdırılır. “Lürmə” salatı şüyüd yarpağı ilə bəzədilib süfrəyə verilir.