"TikTok" sosial şəbəkəsində yeni funksiya təqdim olunub: artıq istifadəçilər orada təkcə video deyil, yazıları da post kimi paylaşa biləcəklər. 

Foodinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə administrasiyasının press-relizində deyilir.

Yeni məzmun yaratma formatının müəlliflərin yaradıcılıq imkanlarını genişləndirəcəyi gözlənilir. 

Mətn postu yaratmaq üçün “kamera” bölməsini açıb “mətn” yerini seçmək lazımdır.

Yazılı paylaşım üçün fon rəngi, musiqi və stikerlər seçmək olur. Mətni yazdıqdan sonra istifadəçi post yaratma səhifəsinə keçməlidir. Burada səslər, teqlər və digər standart "TikTok" funksiyaları mövcud olacaq.

Fərid