Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində qədim “Reqistan” meydanında bu qədim şəhərdə bişirilən 52 növ çörəyin yer aldığı sərgi də açılıb. Sərgidə buğda, arpa, çovdar, qarğıdalı unundan hazırlanan müxtəlif növ və biçimdə olan çörəklər nümayiş etdirilir. Festivala gələn qonaqlar sərgiyə böyük maraq göstərirlər. Xatırladırıq ki, dünyanın 75 ölkəsindən 340 ifaçının qatıldığı bu festivalda ölkəmizi gənc ifaçı Pərviz Qasımov təmsil edir. Onu Əməkdar artist Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət edəcəklər. Festival avqustun 31-dək davam edəcək. (Azərtac)