Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi ilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Şəki rayonunda sahibkarlar üçün təlim təşkil edilib.

Foodinfo.az xəbər verir ki, Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların qatıldığı təlim “Anbar zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda keçirilib. Təlimdə İnstitutun mütəxəssisi Nəzakət Abbasova iştirakçılara anbarlarda müşahidə olunan və saxlanılan məhsula ən çox ziyan vura bilən zərərvericilər, eləcə də onların məhv edilməsi üsulları barədə ətraflı məlumat verib. Eyni zamanda bildirilib ki, anbarlarda zərəvericilərə qarşı vaxtında müvafiq mübarizə tədbirlərinin aparılmaması kifayət qədər məhsul itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Buna görə də anbarlarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir.

Təlim zamanı mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.