Hollandiyanın Wageningen Universitetinin mütəxəssisləri araşdırma apararaq müəyyən ediblər ki, Gouda kimi holland pendirləri yaşlı insanlarda informasiyanın emal sürətini artıra bilir.

Foodinfo.az xəbər verir ki, təcrübələrin nəticələrini MDPI portalı dərc edib.

Təcrübədə yaşlı könüllülər iştirak ediblər. Alimlər istehlak edilən pendirin miqdarına xüsusi diqqət yetirərək iştirakçılardan onların qida rasionunun tərkibini soruşublar. Subyektlər həmçinin yaddaş, diqqət və təfəkkürlə bağlı bir sıra testlərdən keçiblər.

Nəticələr belə olub ki, holland pendirinin gündəlik hissəsini cəmi 30 qram artırmaqla, insan beyin funksiyasının keyfiyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə edəcək. Alimlər hesab edirlər ki, bu fenomen pendirdə laktik turşu bakteriyalarının, K2 vitamini və beyin üçün faydalı olan bioaktiv peptidlərin olması ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, Gouda pendirinin tərkibində ürək-damar, həzm, immun və sinir sistemlərinə faydalı təsir göstərən çoxlu peptidlər var. Bundan əlavə, onlar qan təzyiqini aşağı salmağa kömək edirlər.