Rusiya Dövlət Təhsil Universitetinin Təbiət elmləri fakültəsinin dekanı vəzifəsini icra edən İrina Lyalina soyuq şorbaların sağlamlıq üçün faydalı olduğunu bildirib.

Soyuq şorbalarda istiliyə məruz qalmayan təzə tərəvəz və meyvələr var, yəni onlar daha çox vitamin və mineral saxlayırlar, o, İzvestiya qəzetinə müsahibəsində qeyd edib.

Soyuq şorbalar, isti şorbalardan fərqli olaraq, adətən daha az kalorili olur və asanlıqla həzm olunur, bu da onları çəkilərinə baxan insanlar üçün yaxşı seçim edir.

“Eyni zamanda, əgər sizdə qastrit, mədə xorası, pankreatit və digər mədə-bağırsaq xəstəlikləriniz varsa, soyuq yeməklər yemək tövsiyə edilmir”, - deyə mütəxəssis əlavə edib.