
Lənkəran rayonunda çörək bişirən zaman təndirə düşən 50 yaşlı qadın yanaraq ölüb.
Hadisə rayonun Aşağı Təngivan kəndində baş verib.
Belə ki, çörək bişirmək üçün təndir qalayan kənd sakini, 1968-ci il təvəllüdlü Böyükxanım Talıb qızı Əliyevanın yanmış meyiti təndirdə aşkarlanıb.
Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır. (Report)