Türkiyədə Çay Müəssisələri Baş Müdirliyi (ÇAYKUR) quru çayın qiymətini 15% artırıb.
Türkiyə mətbuatının məlumatına görə, yeni qiymətlər bu gündən etibarən qüvvəyə minəcəkdir.
25 İyun 2019-cu il tarixində də quru çayın qiyməti 15% artırılmışdı. ÇAYKUR, qiymətin qaldırılmasına səbəblər olaraq işçi və inzibati xərclərin artmasını göstərib. (Marja.az)