arımsaq və soğandan istifadən yoğun bağırsaqda yarana biləcək xərçəngin inkişaf riskini azalda bilər. Bunu çinli elm adamları deyir. "Asiya-Sakit Okean Kliniki Onkologiya Dərgisi"ndə yer alan araşdırmada qalın bağırsaq xərçənginə tutulan 833 xəstənin yaş, cinsiyyət və yaşadıqları yerlə bağlı bilgiləri 833 sağlam insanın bilgiləri ilə müqayisə edilib. Araşdırmaya qatılan insanlarla mütəmadi olaraq qida rasionları və hansı sıxlıqda yemək yemələri ilə bağlı sorğu aparılıb. Beləliklə, bol miqdarda soğan və sarımsaq yeyən insanlarda qalın bağırsaq xərçənginin yaranma riskinin digər insanlara nisbətdə 79% daha az olduğu ortaya çıxıb. Araşdırma daha da dərinləşdirilərək soğan və sarımsaqda bədxassəli şişin yaranma riskini azaldan komponentlərin olduğu aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qalın bağırsaqda yaranan xərçəng bu xəstəliyin ən çox yayılmış növlərindən biridir./publika