Azərbaycanın regionlarının çoxunda eşşək saxlanılır. Eşşək südünün faydalarını yaxşı bilən ağsaqqal və ağbirçəklər ondan istifadəni gənc nəsilə hər zaman məsləhət görürlər. Hələ qədim zamanlarda bir çox xəstəliklərin müalicəsində eşşək südündən istifadə olunub. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır. Amerika, Braziliya, Çili, Fransa, İtaliya, Çin və bir çox ölkələrdə eşşək südündən müxtəlif məhsullar hazırlandığı bildirilir. - Eşşək südü tərkibindəki minerallar sayəsində immunitet sistemini gücləndirir. - Xərçəngdən qoruyur. - Astma və bronxit xəstəlikləri olanlara müsbət təsir göstərir. - Üz dərisində problem olanlara faydalıdır. - Tərkibindəki Omega-3 sayəsində ürəyi qoruyur. - Sümükləri möhkəmləndirir. - Orqanizmdəki artıq yağları yandırır və vücudu formada saxlayır. - Antibakterial təsirə malikdir. - Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. - Bəlğəmi təmizləyir. - Alimlərin araşdırmasına görə, eşşək südünün protein dəyəri ana südünə yaxındır. - Eşşək südü allergik, ürək və damar, həzm sistemi xəstəliklərinə faydalıdır. (Yeniavaz)