Kənd təsərrüfatı sənayesinin inkişafı və istixana sisteminin genişlənməsi hər növ məhsulun mövsümündə olmasa belə əlçatan olmasına gətirib çıxarıb. Mütəxəssislər hesab edir ki, qidaları mövsümündə yemək daha faydalıdır. Əks halda hətta fəsadlara da gətirib çıxara bilər. Xüsusilə təbii şəkildə yetişməyən, gün işığı görməyən və həşaratların olmadığı torpaqda yetişən qidaların tərkibi faydalı deyil. Bəs hansı qidalar mövsümdə istehlak edilməlidir? Foodinfo.az aylar üzrə hansı meyvə və tərəvəzlərdən istifadə olunması ilə bağlı məlumatı təqdim edir: Yanvar: Kök, limon, portağal, ispanaq Fevral: Kök, kələm, portağal, ispanaq Mart: İspanaq, brokoli, kök, turp Aprel: Ərik, təzə paxla May: Sarımsaq, albalı, ərik, çiyələk, soğan, təzə paxla İyun: Albalı, sarımsaq, təzə kartof, pomidor, gilas, ərik, çiyələk, təzə paxla, soğan, noxud İyul: Gilas, badımcan, sarımsaq, təzə kartof, pomidor, armud, ərik, xiyar, böyürtkən, təzə paxla, soğan, şaftalı Avqust: Badımcan, sarımsaq, təzə kartof, qarğıdalı, pomidor, balqabaq, ərik, qovun, qarpız, təzə paxla, soğan Sentyabr: Badımcan, alma, təzə kartof, qarğıdalı, pomidor, armud, limon, nar, üzüm, soğan, kərəviz, yaşıl bibər Oktyabr: Alma, təzə kartof, banan, balqabaq, limon, naringi, nar, heyva, kərəviz Noyabr: Gül kələm, kərəviz, balqabaq, nar, naringi, limon, turp, portağal, ispanaq, banan Dekabr: Gül kələmi, balqabaq, naringi, limon, kələm, portağal, ispanaq Fidan