Üzüm bəkməzi üzümün təbii şəkərindən hazırlanmış, qatılaşdırılmış şirin bir məhluldur.

Foodinfo.az xəbər verir ki, üzüm bəkməzi həm qida, həm də sağlamlıq üçün çox faydalıdır.

Bu bəkməzin tərkibində təbii şəkər olduğu üçün tez enerji verir və yorğunluğu aradan qaldırmağa kömək edir.

Dəmir çatışmazlığı və anemiya (qan azlığı) ilə mübarizədə faydalıdır, çünki tərkibində yüksək miqdarda dəmir var.

Tərkibində kalsium və fosfor kimi minerallar olduğundan, sümük sağlamlığına faydalıdır və osteoporozun qarşısını almağa yardımçı olur.

Üzüm bəkməzi həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və bağırsaq problemlərinin qarşısını alır.

Bəkməz üzümün antioksidant xüsusiyyətlərini saxlayır və bu da hüceyrə yaşlanmasına qarşı təsirlidir.

Üzüm bəkməzi qış aylarında immunitet sistemini gücləndirmək və enerji artırmaq üçün də geniş istifadə olunur.