Qidalanma rasionunuza bu qidaları əlavə etməklə bağırsaqlarınızı təmizləyə bilərsiniz.
Yoğun bağırsağın işi bədəni lazımsız, eyni zamanda zərərli maddələrdən qurtarmaqdır. Yoğun bağırsağı təmizləmək sağlamlığımız üçün olduqca əhəmiyyətlidi. Bunun asan yolu qidalanmadan keçir. Yəni yeyəcəkləriniz arasına əlavə edəcəyiniz bu qidalarla bağırsaqlarınızı təmizləyə bilərsiniz. Alma Hər gün bir ədəd alma yemək qəbizliyi azaldır, bədəndən toksinlərin atılmadığı təqdirdə bağırsaqda yarana biləcək xərçəng və babasilin qarşısını alır. Soğan Soğan bədəndəki bakteriyaların atılmasına kömək edir. Yeməklə birlikdə yeyə biləcəyiniz bir ədəd soğan həzm sistemini qoruyur, qan axınını artırır. Möhtəşəm lif tərkibli soğan C vitamini ilə xərçəngdən də qoruyur. Kətan toxumu Hər gün bir ovuç kətan toxumu yemək və onunla birlikdə su içmək bağırsaqlarda olan qurdları tez bir zamanda təmizləyir.