Rusiyanın Federal Qida Mərkəzinin mütəxəssisləri yaşlı adamlar üçün xüsusi qida hazırlayıblar. Foodinfo.az xəbər verir ki, Mərkəzdən ölkənin nüfuzlu “İzvestiya” qəzetinə bildiriblər ki, üzərində “Qocalar üçün” qeydi olacaq bu qida tərkibindəki vitaminlərin zənginliyi, mikro və makro elementlərin tarazlığı ilə seçiləcək. Yeni qida yaşlılıarın orqanizmində asan həzm olunacaq, onların gümrahlığını təmin edəcək. Bu xəbər ölkə əhalisinin böyük marağına səbəb olmuş və müxtəlif mülahizələr doğurur. Ümumi istək isə budur ki, yeni qida qiymətinin sərfəliliyi ilə aztəminatlı qocalar üçün də əlçatan olmalıdır. Mənbə: “Xalq qəzeti”