El arasında bir deyim var: "Əsas can sağlığıdır". Bu, həqiqətən də, əsasdır. Bəs sağlamlığımızı necə qoruya və yaxşılaşdıra bilərik?

Foodinfo.az oxuculara 3 qızıl məsləhəti təqdim edir.

1. Sağlam qidalanma.  Rasionunuzda müxtəlif qidalardan istifadə edin: meyvə, tərəvəz və az yağlı süd məhsulları ilə  "dostlaşın". İşlənmiş qidalar və şəkəri isə "düşmən" bilib, onlardan uzaq durun.

2. Fiziki aktivlik.  Mütəmadi idmanla məşğul olmaq ümumi sağlamlığınıza müsbət təsir edən əsas amillərdəndir.  Günün ən azı 30 dəqiqəsini yürüyüş, qaçış və ya üzgüçülüyə sərf edin.

3. Yuxu rejimi və stressin idarə edilməsi. Gecələr azı 7-9 saat yatmaq və stressi idarə etməyi öyrənmək sağlam həyat tərzinin vacib komponentləridir. Orqanizminizin istirahətə ehtiyacı var. Bunu unutmayın!