Gün ərzində 1 ovuc çərəz yeyənlərdə ürək tutması və insultun riski 30% azalır. Saglamolun.az The Daily Mail-a istinadla xəbər verir ki, kardioloqlar araşdırma zamanı aşkar ediblər ki, müxtəlif çərəzlərin (qoz, fındıq, badam, püstə, keşyu və s.) müntəzəm olaraq istehlakı qanda şəkəri salır, qan təzyiqini tənzimləyir, piylərin metabolizmini yaxşılaşdırır, damarlarda iltihabı azaldır, damar divarlarının vəziyyətini və fəaliyyətini yaxşılaşdırır. Bütün bunlar isə öz növbəsində ürək tutması, insult, ani ürək ölümü kimi halların riskinin azalmasına gətirib çıxardır. Kardioloqlar hər gün 1 ovuc müxtəlif çərəzləri yeməyi tövsiyə edirlər.