Təbii məhsullardan istifadə xəstəliklər zamanı effektlidir. Bəs hansı şəfalı bitkilər hər mövsüm evinizdə olmalıdır? Həmin siyahını sizə təqdim edirik: Zəncəfil – özü və ya tozu şəfa dağıdır. Öncəki zamanlardan bəri tibdə müalicə kimi tətbiq edilir. İnsanın demək olar ki bütün orqanlarına faydalıdır. Maddələr mübadiləsini gücləndirir, qrip və soyuqdəymədən xilas edir. Xüsusilə də boğaz ağrılarının tez sağalmasına kömək edir. Zəncəfili bal birgə istifadə etdiyiniz təqdirdə faydaları daha da artaraq orqanizmi yeniləyir. Həmçinin öskürəyin keçməsi üçün əsas təbii vasitədir. Çörəkotu – antioksidandır. Vücudu toksinlərdən təmizləyir,bir çox xəstəliyin qarşısını alır. Qaraciyər, böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Zərərli maddələrdən qoruyur. Keçibuynuzu – dəmir əksikliyini müalicə edir. Antioksidandır. Həm dərini, həm də orqanları təmizləyir. Bəs necə istifadə edilməlidir? Hən təzə, həm də toz halında istifadə etmək mümkündür. Toz halında çayını hazırlayıb içə bilərsiniz.