Bu ilin yanvar-fevral aylarında ölkədən 5 min tondan çox şəkər tozu ixrac edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 2 milyon ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni aylarında 2,2 milyon dollarlıq 4,8 min ton şəkər tozu ixrac edilib.