"Soğan və sarımsaq koronavirusdan qorumur”. Foodinfo.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev bu gün keçirilən brifinqində deyib. O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır: "Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".