İçməli suyun tərkibindəki bəzi elementlər insanlarda ciddi fəsadlara səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə danimarkalı alimlərin araşdırmasında qeyd olunur.
Bildirilir ki, içməli suyun tərkibindəi litium körpələrdə autizm yaranmasına səbəb ola bilər.
Araşdırmaya ümumilikdə 53 min uşaq cəlb edilib. Araşdırma litiumun təkbaşına autizmə səbəb olmamasa da, ümumi olaraq təhdid təşkil etdiyini və mövzunun daha geniş araşdırılmalı olduğunu ortaya qoyub.
Leyla