Avstraliya şirkəti laboratoriyada yetişdirilən mamont ətindən küftə hazırlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb. Bildirilir ki, Avstraliyanın “Vow” şirkəti laboratoriyada mamont ətinin analoqunu yetişdirib,
Nəşrin məlumatına görə, bunun üçün yunlu mamontun (Mammuthus primigenius) DNT elementlərindən istifadə ediblər. Alimlərin qeyd etdiyi kimi, onların vəzifəsi biotexnologiyanın köməyi ilə qida əldə etmək imkanlarını göstərməkdir. Oxşar texnologiyalardan istifadə edərək, 2023-cü ildə süni şəkildə yetişdirilən yapon bildirçin ətinin Sinqapurdakı restoranlara çatdırılmasına başlamağı gözləyirlər.
Jurnalistlərin sözlərinə görə, Amsterdamdakı NEMO Elm Muzeyinə gələnlər dəyişdirilmiş əzələ hüceyrələrinin kulturasından iri qreypfrut boyda küftəni görə biləcəklər.
Qeyd edək ki, bundan əvvəl “Ərimiş dünya” sərgisində tundrada tapılan mamontun skeleti ilk dəfə nümayiş etdirilib.
Nərmin